Lerikdə yağan qarın fəsadları - 50 məntəqə işıqsız qalıb

Lerikdə yağan qarın fəsadları - 50 məntəqə işıqsız qalıb
11:09 26 Oktyabr 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

Lerik rayonunda qeyri-sabit hava şəraiti davam edir.

 

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, qarın qalınlığı rayon mərkəzində 20-25, ucqar yaşayış məntəqələrində isə 40-50 sm təşkil edir.

 

Qarın ağırlığından bəzi yerlərdə elektrik xətləri qırılıb, nəticədə rayonun 50-dək yaşayış məntəqəsi işıqsız qalıb. Kəndlərarası yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşsa da, Lənkəran-Lerik şosesi açıqdır.

 

Rayonun müvafiq qurumları fəsadların aradan qaldırılmasına cəlb olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR