Millimizin sabiq çalışdırıcısına görə MATƏM elan olundu

Millimizin sabiq çalışdırıcısına görə MATƏM elan olundu
11:12 26 Oktyabr 2016
21 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torresin vəfatı ilə əlaqədar Braziliyada matəm elan olunub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, matəm 3 günlük nəzərdə tutulub.

Əfsanəvi futbolçunun yas mərasimi Braziliya Futbol Konfederasiyasının (CBF) inzibati binasında baş tutacaq, binanın qarşısındakı bayraqlar endiriləcək. Bundan əlavə, Braziliya Futbol Konfederasiyasının təşkil etdiyi bütün futbol oyunlarından öncə 1 dəqiqəlik sükut olacaq.
 
Qeyd edək ki, dünən 72 yaşında vəfat edən Karlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan yığmasını çalışdırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR