Sürücülərin DİQQƏTİNƏ: Azərbaycanın ən təhlükəli yolları

Sürücülərin DİQQƏTİNƏ: Azərbaycanın ən təhlükəli yolları
11:12 26 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir aya yaxındır ki, respublikada müşahidə edilən intensiv yağışlar sürüşmə zonalarında aktivləşmələrə səbəb olub. Nəticədə aktiv sürüşmə zonalarında yerləşən avtomobil yollarında çökmə və sürüşmə müşahidə edilir.

Milli.Az bildirir ki, "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli azvision.az-a deyib ki, intensiv yağışlar nəticəsində mövcud sürüşmə zonalarının hamısında aktivlik müşahidə edilir. Xüsusilə, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində, Ağsu aşırımında, Muğanlı-İsmayıllı avtomobil yolunda, Basqal kənd yolunda aktivlik müşahidə edilir. 

"Ciddi fəsadlar yoxdur. Qobustan rayonunun Poladlı kənd yolunda sürüşmə müşahidə olunur. Torpaq və çınqıldan ibarət kənd yolunun girişində sürüşmə olub. Həmçinin Cəlilabad-Soltankənd avtomobil yolunun 17-ci km-də intensiv yağışlar nəticəsində yolun bir hissəsində torpaq sürüşməsi baş verib və nəticədə asfalt örtüyü çöküb. Bu yola yeni asfalt örtüyü çəkilmişdi. Hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür".

A.Nəcəfli qeyd edib ki, aktiv sürümə zonalarında yerləşən yolların qorunması üçün istinad divarları tikilib.

"Bakı-Şamaxı yolu hal-hazırda tikinti altındadır və hərəkət zolağının genişləndirilməsi işləri aparılır. Yolun tikintisi zamanı sürüşmənin qarşısının alınması üçün istinad divarları tikilib. Ciddi problem yoxdur, sadəcə torpaq qatı istinad divarlarının üstündən yola tökülüb və oradan yığışdırılır. Muğanlı-İsmayıllı yolu hələ sovet dönəmində inşa olunub. Onun bir hissəsində sürüşmə zonaları aktivdir. Orada sürüşmənin qarşısının alınması üçün yol yenidən qurulmalıdır. Bununla bağlı təklif hazırlayırıq və yolun yenidən qurulmasına başlamaq istəyirik".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR