Eyni oteldə ikinci ölüm hadisəsi

Eyni oteldə ikinci ölüm hadisəsi
11:12 26 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Türk Hava Yollarının dünən İstanbul-Nyu-York istiqamətində hərəkət edən təyyarəsinin kabina işçisi Eda Özdemir qaldığı oteldə ölü halda tapılıb.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, Türk Hava Yollarının açıqlamasında qeyd olunub:

"Türk Hava Yollarının kabina məmuru E.Ö. dincəlmək üçün yerləşdiui Nyu-Yorkdakı oteldə ölü halda tapılıb. Hələ ki, məsələ ilə bağlı ətraflı məlumat yoxdur. Araşdırma aparılır. E.Ö.-nün 31 yaşı vardı və 8 ildi ki, bizimlə əməkdaşlıq edirdi".

Qeyd edək ki, Nyu-Yorkdakı "Marriot Long Island" otelindən cəsəd tapılmasına bənzər hadisə aprel ayında da baş vermişdi. Belə ki, aprel ayında eyni otelin hamamından Cumhur Özmen adlı "şef"in cəsədi tapılmışdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR