Argentina və Uruqvay 2030-cu il dünya çempionatının birgə təşkil etmək istədiklərini bəyan edib

Argentina və Uruqvay 2030-cu il dünya çempionatının birgə təşkil etmək istədiklərini bəyan edib
11:27 26 Oktyabr 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Argentina və Uruqvay yığmaları 2030-cu il dünya çempionatına birgə təşkilatçılıq üçün ərizə verəcək. "Report"un məlumatına görə, hər iki ölkə belə bir planlarının olduğunu təsdiqləyib.
Argentina prezidenti Maurisio Makri qonşu ölkə ilə birgə işləmək arzusunda olduqlarını açıqlayıb. Buenos-Ayresdə keçirilən birgə mətbuat konfransında onun uruqvaylı həmkarı Tabare Vaskes də belə bir niyyətlə çıxış edib.
Qarşıdakı dünya çempionatı 2018-ci ildə Rusiyada keçiriləcək. 2022-ci il Mundialını Qətər qəbul edəcək. 2026-cı ildə çempionata Şimali Amerika - ya ABŞ, ya da bu ölkə ilə Kanada müştərək ev sahibliyi edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/argentina-ve-uruqvay-2030-cu-il-dunya-cempionatinin-birge-teskil-etmek-istediklerini-beyan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR