"Space"in eks-nişanlı cütlüyü verilişin bağlanması HAQDA - VİDEO - FOTO

"Space"in eks-nişanlı cütlüyü verilişin bağlanması HAQDA - VİDEO - FOTO
11:27 26 Oktyabr 2016
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Space televiziyasında yayımlanan "Bu, maraqlıdır" verilişi bağlanıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, mövzu qıtlığından müəyyən zövqsüzlüyə yol verilib və televiziya rəhbərliyi bu halın tendensiya xarakteri daşımaması üçün proqramın bağlanması barədə qərar verib.

Sözügedən sayt məsələ ilə bağlı layihənin aparıcısı Ülviyyə Əliyeva ilə əlaqə saxlayıb.

Əməkdar artist bu mövzuda çox danışmaq istəmədiyini bildirib:

"Olan olub. Siz verilişə başdan-ayağa baxmısız? Xahiş edirəm ki, 4-cü efirə baxın. Mənə hər kəsin fikri maraqlıdır. Jurnalist kimi fikirlərinizi qeyd edin. Diqqətinizə görə təşəkkür edirik, bizi tək qoymadız".

"Bu, maraqlıdır"ın digər aparıcısı Ramiz Alışov isə "Qafqazinfo"ya açıqlamasında rəhbərliyin qərarı ilə razılaşdığını söyləyib:

"Mənə maraqlıdır ki, videolar paylaşılanda, xəbər yerləşdiriləndə heç kəs bizim fikrimizi soruşmadı, jurnalistlər zəng vurub münasibətimizi öyrənmədilər. Hər halda bizi tapa bilərdilər. Biz Space TV-nin qərarı ilə razılaşırıq. Kanal rəhbərliyi düzgün açıqlama verib. Biz nə deyə bilərik? Ülviyyə xanım da bu barədə danışmaq istəmir".

Qeyd edək ki, verilişin aparıcıları Ramiz Alışov və Ülviyyə Əliyeva bir müddət əvvəl nişanlanmış, ötən il isə münasibətlərinə son qoymuşdular.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR