SOCAR istiqrazlarının bahalaşması davam edir

SOCAR istiqrazlarının bahalaşması davam edir
11:32 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker olan "PSG Kapital" investisiya şirkəti qiymətli kağızların təkrar bazarı üzrə alış-satış qiymətlərini artırmaqda davam edir. Bu barədə "Report" Bakı Fond Birjasına istinadən xəbər verir.
Məlumata görə, istiqrazların alış qiyməti 1 001,11 dollardan 1 001,25 dollara, satış qiyməti isə 1 016,11 dollardan 1 016,25 dollara çatdırılıb.
Xatırladaq ki, SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 17-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/socar-istirazlarinin-bahalasmasi-davam-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR