Azərbaycanın 18 ildir axtardığı şəxs Rusiyada tutulub

Azərbaycanın 18 ildir axtardığı şəxs Rusiyada tutulub
11:32 26 Oktyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq axtarışda olan azərbaycanlı Rusiyada saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, həmin şəxs 2015-ci ilin martında Çerepovets şəhərində tutulub. Bu ilin mayında o, qəsdən avtomobil yandırmaqda ittiham olunaraq 1 il 8 ay azadlıqdan məhrum edilib. Bir müddət sonra isə hüquq-mühafizə əməkdaşları onun özünü təqdim etdiyi şəxs olmamasından şübhələnib, bununla bağlı Azərbaycana sorğu göndəriblər.
 
Sorğunun cavabına əsasən məlum olub ki, həmin şəxs 18 il əvvəl hərbi xidmətdən yayındığı üçün Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. O, 1998-ci ildə Rusiyaya qaçıb və başqa ad altında müxtəlif bölgələrində yaşayıb.
 
Çerepovetsdəki cinayətlə bağlı müəyyən edilmiş cəzasını çəkdikdən sonra onun Azərbaycana ekstradisiyası məsələsi həll ediləcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/483233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR