Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək
11:42 26 Oktyabr 2016
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ “Təhsil Cəmiyyəti”nin təşkilatçılığı və “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin dəstəyi ilə Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi təşkil olunacaq.
“Report” xəbər verir ki, oktyabrın 29-30-u tarixlərində 12:00-dan 17:00-dək Bakıda Hilton Hotelində təşkil olunacaq sərgidə Türkiyənin tanınmış dövlət və özəl universitetləri, həmçinin yataqxanaları iştirak edəcəklər.
Hər il təşkil olunan sərgidə bu dəfə də tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək, Türk universitetlərində pulsuz təhsil imkanları haqda da təqdimatlar keçiriləcək.
Əlavə olaraq, sərgi müddətində seminarların keçirilməsi də nəzərdə tutulur.
Sərgidə İstanbul Aydın , Bahçeşehir, İstanbul Kültür, Üsküdar Universiteti kimi Türkiyənin tanınmış universitetləri iştirak edəcək.
"Report" İnformasiya Agentliyinin informasiya tərəfdaşı olduğu sərgidə həmçinin Türkiyə səfirliyinin və həmin ölkənin təhsil müşavirliyinin nümayəndələrinin iştirakı da nəzərdə tutulur. Sərgiyə qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurmaq tələb olunur.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/bakida-turkiye-universitetlerinin-tehsil-sergisi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR