Acun İlıcalıdan "Survivor" sürprizi - foto

Acun İlıcalıdan "Survivor" sürprizi - foto
11:46 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

TV8-də yayımlanacaq "Survivor 2017"nın iştirakçıları ilə bağlı ilk xəbərlər yayılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, verilişin aparıcısı və təşkilatçısı Acun İlıcalı bu barədə açıqlama verməkdən imtina etsə də, ilk adlar bəlli olub.

Son zamanların sosial media fenomeni Kerimcan Durmazın da yarışmaya qatılacağı deyilir. Hətta yarışmada onun üçün bəzi dəyişikliklər də edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Acun və sevgilisi Şeyma Subaşı Kerimcanla görüşərkən görünmüşdü.

Dünən isə Kerimcan yaxın qohumu futbolçu Sabri Sarıoğlunun həyat yoldaşı ilə birgə alış-veriş edərkən görünüb. Onlar daha sonra Sabrinin "Lamborgini" ilə oradan uzaqlaşıblar.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR