Nazirliyin keçmiş əməkdaşları 40 milyon mənimsəyiblər

Nazirliyin keçmiş əməkdaşları 40 milyon mənimsəyiblər
11:47 26 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar.

Milli.Az report-a istinadən bildirir ki, ittiham aktına əsasən, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev 567 min, "Rabitə Mülki Tikinti" MMC-lərinin direktoru Emin Məmmədov 7 milyon 700 min, "Aztelekom" MMC-nin baş mühasibi Oktay Rüstəmov 250 min, "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin baş mühasibi Səhrab Hümbətov 600 min, "Azərpoçt" MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 2 milyon, "AzİnTelekom" MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov 1,5 milyon və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru Bayram Vəliyev 204 min, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov 8 milyon, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 10 milyon, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.
İttiham aktında qeyd edilib ki, V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində "Aztelekom" MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, "AzİnTelekom" MMC-nin sabiq baş direktoru C.Cəfərov, "Azərpoçt" MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və "Aztelekom" MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmənin hazırlıq iclası noyabrın 8-nə təyin edilib. İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Topaz" şirkəti "Abşeron" yatağının işlənməsində iştirak edəcək

25 Sentyabr 2017 13:57

"Azərbaycan İraqın şimalındakı referenduma qarşıdır” - Allahşükür Paşazadə

25 Sentyabr 2017 13:54

Mark Zukerberq “Facebook”un hissələrini satır: ÖRNƏK OLACAQ SƏBƏB

25 Sentyabr 2017 13:53

Almaniyada 12 ildir dəyişməyən hakimiyyət - Angela Merkelə alternativ tapılmır?!

25 Sentyabr 2017 13:52

Yadplanetlilərin tikdiyi deyilən piramidaların sirri ortaya çıxdı - FOTOLAR

25 Sentyabr 2017 13:48

Orxan Sadıqlını meydan qovan hakim "Qarabağ" üçün gəlir

25 Sentyabr 2017 13:47

Yevlaxda silahlı insident olub

25 Sentyabr 2017 13:47

Rusiyada dünya çempionunu öldürən Anar barədə POLİSDƏN GÖZLƏNİLMƏZ ADDIM - VİDEO

25 Sentyabr 2017 13:43

Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki

25 Sentyabr 2017 13:40

Hər səhər acqarına bir stəkan için

25 Sentyabr 2017 13:35

İngiltərədə imama hücum etdilər

25 Sentyabr 2017 13:33

Bu həftə ABŞ dollarının məzənnəsinə təsir edəcək açıqlamalar gözlənilir

25 Sentyabr 2017 13:32

Gürcüstanın Borjomi bölgəsində yanğın lokallaşdırılıb

25 Sentyabr 2017 13:32

Gəncədə avtomobil qadını ərinin gözləri qarşısında vuraraq öldürüb

25 Sentyabr 2017 13:32

"Fənərbaxça"- "Beşiktaş" oyununun hakiminə AĞIR CƏZA

25 Sentyabr 2017 13:29

"Windows" istifadəçilərinə xəbərdarlıq edildi

25 Sentyabr 2017 13:29

UEFA "Qarabağ" - "Roma" oyununa təyinatları açıqladı

25 Sentyabr 2017 13:27

Tehrandan kürd muxtariyyətinə ZƏRBƏ

25 Sentyabr 2017 13:23

Yevlaxda xəstəxanaya düşən şəxsin narkotik oğurlayarkən güllələndiyi məlum olub

25 Sentyabr 2017 13:22

Hindistanda fabrikdə yanğın olub, 8 ölü, 25 yaralı var

25 Sentyabr 2017 13:22

ATƏT PA-nın rəsmisi məcburi köçkünlərlə görüşüb

25 Sentyabr 2017 13:19

Yaşlanma və qırışlar əleyhinə ən yaxşı 4 İÇKİ

25 Sentyabr 2017 13:18

"Qarabağ" - "Roma" matçının hakimləri açıqlanıb

25 Sentyabr 2017 13:17

AFFA "Bakılı" və "Şahdağ"la bağlı qərar verdi

25 Sentyabr 2017 13:17

"Qalatasaray" gözlənilməz dönüş etdi

25 Sentyabr 2017 13:17

Sürücü maşınla divar arasında qalıb öldü - ABŞERONDA

25 Sentyabr 2017 13:14

Nasist partiya parlamentdə

25 Sentyabr 2017 13:14

“Artıq zəmin hazırlanıb” - Ankaradan müharibə XƏBƏRDARLIĞI

25 Sentyabr 2017 13:13

Rusiyanın ən kriminal regionları açıqlanıb

25 Sentyabr 2017 13:07

Faiq Ağayevdən sərt reaksiya

25 Sentyabr 2017 13:06

Allahşükür Paşazadə İstanbulda - FOTO

25 Sentyabr 2017 13:04

Ömürlük məhbusların şərti azadlığa buraxılması üçün YENİ QAYDA

25 Sentyabr 2017 13:03

Bakı Ali Neft Məktəbinin 18 məzunu “Azneft”də işlə təmin edilib

25 Sentyabr 2017 13:02

Ailəsini qətl edən şəxs: "Sanki özüm deyildim"

25 Sentyabr 2017 12:59

XƏBƏRDARLIQ: Temperatur bir qədər də enəcək

25 Sentyabr 2017 12:59

30 nəfəri öldürüb yeyən ƏR-ARVAD ƏLƏ KEÇDİ: 18 illik cinayətin DƏHŞƏTLİ DETALLARI

25 Sentyabr 2017 12:58

Türkiyə XİN ölkə vətəndaşlarını İraqın şimalını tərk etməyə çağırıb

25 Sentyabr 2017 12:57

Türkiyənin baş naziri: “Referendum”un barış və sabitliyə heç bir təsiri olmayacaq”

25 Sentyabr 2017 12:57

Azərbaycan Mərkəzi Bankı 100 mln. manat cəlb edib

25 Sentyabr 2017 12:57

Bərdədə 6 yaşlı uşaq poliklinikada ölüb

25 Sentyabr 2017 12:57

Ermənistanda rus dili xarici dil statusu alıb

25 Sentyabr 2017 12:57

Azərbaycanda narkomanlar həbs edilməyəcək

25 Sentyabr 2017 12:53

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir

25 Sentyabr 2017 12:52

Azərbaycan Premyer Liqasında mövsümün ilk və 50-ci qollarının müəllifi eyni futbolçu olub

25 Sentyabr 2017 12:52

Bakıda müğənninin qətl törətməkdə təqsirləndirilən atasının məhkəmə istintaqı başa çatıb

25 Sentyabr 2017 12:52

Ömürlük məhbuslara güzəşt tətbiq ediləcək - AZƏRBAYCANDA

25 Sentyabr 2017 12:49

Çində yanğın dəhşəti: 11 nəfər öldü

25 Sentyabr 2017 12:48

“CinemaPlus”da Azərbaycan Gənclər Film Festivalı keçiriləcək

25 Sentyabr 2017 12:47

Qlobal maliyyə bazarlarında riskə meyllilik pik həddə çatıb

25 Sentyabr 2017 12:47

300 milyon insanın ziyarət etdiyi abidə - FOTO

25 Sentyabr 2017 12:43