"Neftçi" klubu azarkeşi vuran futbolçusunu məşqlərdən kənarlaşdırıb

"Neftçi" klubu azarkeşi vuran futbolçusunu məşqlərdən kənarlaşdırıb
11:52 26 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Rumıniyalı hücumçu Katalin Tira komandanın məşqlərindən kənarlaşdırılıb. "Report"un məlumatına görə, bu barədə “Neftçi” futbol klubunun rəsmi açıqlamasında bildirilir. 
Açıqlamada deyilir ki, klub rəhbərliyi və məşqçilər heyəti futbolçunun komandadakı statusu ilə bağlı yekun qərarı yaxın müddətdə qəbul edəcək.
Qeyd edək ki, Katalin Tira oktyabrın 25-də "Qarabağ"la Azərbaycan Premyer Liqasının IX tur matçı zamanı meydana girən azarkeşi vurub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR