DİQQƏT! Axşamdan qalan suyu içməyin

DİQQƏT! Axşamdan qalan suyu içməyin
12:57 26 Oktyabr 2016
199 Ölkə
Ölkə mətbuatı
A- A+

Yatmadan əvvəl baş ucunuza qoyduğunuz bir stəkan suyu səhər yuxudan durar-durmaz içdiyiniz vaxt olub? Bəlkə də fərqinə varmamısınız, amma bu suyun dadı normaldan daha fərqli olur. Sizcə, niyə?

Milli.Az lent.az-a istinadən bunun səbəbini açıqlayır.
 
Suyun PH dəyəri aşağı düşür
 
"Discovery News"un məlumatına görə, suyun gecə boyunca PH dəyəri düşür və otaqdakı karbondioksidi kiçik miqdarda da olsa özünə çəkir. Buna görə də axşamdan stəkana tökdüyünüz suyu içərkən dadı turş olur.
 
Mətbəxdən yenisini gətirin
 
Əslində, bu suyu içməyin insan orqanizminə mənfi təsirinin olub-olmaması tam sübut edilməsə də, hər halda bu suyu içmək yerinə mətbəxdən yenisini gətirmək daha yaxşıdır.
 
Bundan başqa, səhərlər ac qarına, yuxudan oyanar-oyanmaz su içməyin bir çox sağlamlıq problemlərinə faydaları da çoxdur. Yaponlar artıq bunu vərdiş halına gətiriblər.
Səhər yuxudan oyanan kimi dişlərinizi təmizləmədən 4 qurtum su içməlisiniz. Ancaq unutmayın ki, su içdikdən yalnız 45 dəqiqə sonra nəsə yeyə, ya içə bilərsiniz.
 
Yüksək təzyiq problemi olanlar 30 gün, mədə qastriti olanlar 10 gün, şəkər xəstəliyi olanlar 30 gün bu qaydaya əməl edə bilərlər.

Tək məsləhətimiz odur ki, su için və enerjili qalın!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/483247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR