Yeni çəkilmiş yol niyə çökdü? - RƏSMİ AÇIQLAMA

Yeni çəkilmiş yol niyə çökdü? - RƏSMİ AÇIQLAMA
12:58 26 Oktyabr 2016
333 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində Soltankənd hissəsində yolun çökməsi səbəbindən yaranan problem tam aradan qaldırılıb.

Bu barədə Publika.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, çökmə səbəbindən yalnız yolun müəyyən hissəsində hərəkət məhdudlaşmışdı. Ötən gecədən aparılan işlər nəticəsində hərəkət bərpa edilib, əlavə olaraq genişləndirilib.

A.Nəcəfli yeni çəkilmiş yolun çökmə səbəbinə də aydınlıq gətirib: “Həmin yolun çəkilişi 2014-15-ci illərdə rayon icra hakimiyyətinə vəsait ayrılıb. Yolun təmirini də İcra hakimiyyəti həyata keçirib. Lakin bu ildən qalan işlərin aparılması “Azəravtoyol” ASC-yə həvalə edilib. Yolda təmir işləri tam yekunlaşmayıb və hələ ki, təhvil verilməyib. Çökmənin yolun keyfiyyəti ilə bağlı olması isə araşdırmalıdır. Problem yolun keyfiyyəti ilə bağlı olarsa, həmin hissə “Azəravtoyol” tərəfindən yenidən bərpa ediləcək”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/173590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR