Herbert Zalber Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə umid edir

Herbert Zalber Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə umid edir
13:05 26 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber ümid edir ki, ATƏT-in Minsk qrupunun danışıqları Dağlıq Qarabağ münaqişəsi üzrə tərəflərin liderlərinin görüşü barədə razılığa gətirib çıxaracaq.

Milli.Az bildirir ki, bu barədə Trend-ə eksklüziv müsahibəsində Bakıda səfərdə olan H.Zalber deyib.

Onun sözlərinə görə, regionda səfərdə olarkən aldığı reaksiyalar ümid etməyə imkan verir ki, münaqişənin nizamlanması ətrafında proses irəliləyir.

(Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi qeyd edib: "Təəsüratlarım məni yanıltmırsa, hansısa razılaşmalar əldə oluna bilər və kompromis həll tapıla bilər".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR