Yaxın gələcəkdə Azərbaycanda ürək transplantasiyası mümkün olacaq

Yaxın gələcəkdə Azərbaycanda ürək transplantasiyası mümkün olacaq
13:12 26 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu gün bütün dünyada insan orqan və toxumalarının transplantasiyası çox geniş yayılıb".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda da bu sahədə böyük işlər görülür: "15 il bundan əvvəl Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası çox az şəkildə həyata keçirilirdi. Bu gün artıq Azərbaycanda qaraciyər, böyrək, müxtəlif insan toxumalarının, gözün müxtəlif hissələrinin transplantasiyası həyata keçirilir".

Komitə sədri vurğulayıb ki, Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi istiqamətində işlər aparılır və yaxın gələcəkdə ölkəmizdə də ürək transplantasiyasının həyata keçirilməsi mümkün olacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR