Krasnoyarskda "Nar bayramı" keçirilib

Krasnoyarskda "Nar bayramı" keçirilib
13:17 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Rusiyanın Krasnoyarsk şəhərində "Nar bayramı" keçirilib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, tədbirin təşkilatçısı Krasnoyarsk Azərbaycan milli-mədəni muxtariyyəti olub.
Bayram tədbirini Azərbaycanın "Odlar Yurdu" xalq mahnı və rəqs ansamblı açıb.
Arzu edənlər Azərbaycan milli mətbəxinin tərkibində nar olan ləziz yeməklərindən zövq almaq şansı qazanıb.
Bundan əlavə, tədbir çərçivəsində bayram mövzusu ilə əlaqədar uşaq rəsmlərinin və milli ədəbiyyatın sərgisi keçirilib.
Tədbirin sonuna doğru münsiflər heyəti "Narla yemək" nominasiyasında ən yaxşıları və "Nar bayramını necə görürəm" mövzusundə ən yaxşı uşaq rəsm əsərini seçib. Qaliblərə xatirə hədiyyələri və paxlava, nar və təbii nar şirəsi kimi mükafatlar verilib.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/krasnoyarskda-nar-bayrami-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR