Yaponiyada 1920-ci ildən bəri ilk dəfə əhalinin azalması qeydə alınıb

Yaponiyada 1920-ci ildən bəri ilk dəfə əhalinin azalması qeydə alınıb
13:27 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Yaponiyada aparılmış siyahıyaalmaya əsasən, ölkədə 1920-ci ildən bəri ilk dəfə əhalinin sayının azalması faktı qeydə alınıb.
"Report" Yaponiya KİV-inə istinadən xəbər verir ki, bunu Yaponiyanın İnzibati İşlər və Rabitə Nazirliyinin araşdırmalarının nəticələri göstərir.
Qeyd edilib ki, hər beş ildən bir aparılan araşdırmaya görə, Yaponiyanın əhalisinin sayı 2015-ci ildə 127 milyon nəfəri ötüb və bu rəqəm 2010-cu ildə qeydə alınmış göstəricidən 0,8% azdır.
Yaponiyada yaşı 65 və daha çox olanların sayı 2015-ci ildə 33,42 milyon nəfər təşkil edib. Bu isə əhalinin 26,7%-i deməkdir.
Qeyd edək ki, Yaponiya ərazisində 1 milyon 750 min əcnəbi vətəndaş yaşayır.

Xəbərin orijinal ünvanı: http://report.az/maraqli/yaponiyada-1920-ci-ilden-beri-ilk-defe-ehalinin-azalmasi-qeyde-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR