Əliyar Ağayev DÇ-2018-in oyununda

Əliyar Ağayev DÇ-2018-in oyununda
14:07 26 Oktyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-ci il dünya çempionatının Avropa qitəsi üzrə seçmə qrup mərhələsinin oyununa təyinat alıb. Fanat.Az xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. 


Onun sözlərinə görə, Əliyar Ağayev noyabrın 13-də keçiriləcək oyunlardan birini idarə edəcək. 29 yaşlı referinin hansı görüşdə iş başında olacağı yaxın günlərdə açıqlanacaq. 


Qeyd edək ki, noyabrın 13-də Kipr - Cəbəllütariq, İsveçrə - Farer adaları, Macarıstan - Andorra, Bolqarıstan - Belarus, Luksemburq - Hollandiya, Portuqaliya - Latviya, Belçika - Estoniya və Yunanıstan - Bosniya və Herseqovina oyunları keçiriləcək. (Report)



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR