AFFA-dan Katalin Tiraya AĞIR CƏZA

AFFA-dan Katalin Tiraya AĞIR CƏZA
14:12 26 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan  Premyer Liqasının IX turunun "Neftçi" - "Qarabağ" matçında baş verən xoşagəlməz hala AFFA İntizam Komitəsi hüquqi qiymət verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qarşılaşmanın sonlarında meydana daxil olan azarkeşi vuran "Neftçi"nin hücumçusu Katalin Tiranın cəzası açıqlanıb.

Dava-dalaşda iştirak edərək qırmızı vərəqə alan rumıniyalı futbolçu bu hərəkətinə görə 5 oyunluq cəzalanıb, komandasını 2400 manat ziyana salıb.
 
Həmçinin 90+2-ci dəqiqədə meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. "Neftçi" tərəfi təhlükəsizliyi tam təmin etmədiyi üçün daha 4000 manat cərimə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR