Kəmaləddin Heydərov Qətərin yeni səfiri ilə görüşüb

Kəmaləddin Heydərov Qətərin yeni səfiri ilə görüşüb
14:14 26 Oktyabr 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 26-da Qətərin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai ilə görüşüb.

 

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, nazir Yusif bin Həsən əl-Saini səfir təyin olunması münasibətilə təbrik edib, ölkələr arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində ona uğurlar arzulayıb. O, Azərbaycan Respublikası ilə Qətər arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək, həmsədri olduğu Azərbaycanla Qətər Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın əlaqələrin daha da möhkəmlənməsinə yeni töhfələr verəcəyini vurğulayıb.

 

K.Heydərov Qətərin keçmiş Əmiri Şeyx Xəlifə bin Həməd Al Taninin vəfatı ilə əlaqədar səfirə bir daha başsağlığı verib.

 

Ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyən səfir Yusif bin Həsən əl-Sai vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərəcəyi müddətdə ikitərəfli münasibətlərin, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə ölkəsinin uyğun qurumları arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR