Azərbaycanlı hakim dünya çempionatının oyununa təyinat alıb

Azərbaycanlı hakim dünya çempionatının oyununa təyinat alıb
14:22 26 Oktyabr 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-ci il dünya çempionatının Avropa qitəsi üzrə seçmə qrup mərhələsinin oyununa təyinat alıb.

Milli.Az bildirir ki, bu barədə Report-a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, Ə.Ağayev noyabrın 13-də keçiriləcək oyunlardan birini idarə edəcək. 29 yaşlı referinin hansı görüşdə iş başında olacağı yaxın günlərdə açıqlanacaq. 

Qeyd edək ki, noyabrın 13-də Kipr - Cəbəllütariq, İsveçrə - Farer adaları, Macarıstan - Andorra, Bolqarıstan - Belarus, Luksemburq - Hollandiya, Portuqaliya - Latviya, Belçika - Estoniya və Yunanıstan - Bosniya və Herseqovina oyunları keçiriləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR