Qaraçay çayı daşıb, Göranboyda 10 kəndi su basıb

Qaraçay çayı daşıb, Göranboyda 10 kəndi su basıb
14:27 26 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanda yağan intensiv yağışlar Goranboy rayonunda ciddi fəsadlar yaradıb. 
"Report"un Qarabağ bürosunun məlumatına görə, leysan xarakterli yağışların yağması Qaraçay çayında suyun səviyyəsinin artmasına səbəb olub. Nəticədə çayın sahilinə yaxın yerləşən 10-a yaxın kənd sel sularına məruz qalıb.
Sel suları yaşayış məntəqələrində evlərin zirzəmilərinə dolub. Həmçinin kənd təsərrüfatına ciddi ziyan dəyib, əkin sahələri sel sularının altında qalıb və yarasız hala düşüb. Rayon mərkəzi ilə Ağcakənd qəsəbəsini birləşdirən yolun bir hissəsi çöküb. 
Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.








Xəbərin orijinal ünvanı: http://report.az/hadise/qaracay-cayi-dasib-goranboyda-10-kendi-su-basib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR