İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları
14:37 26 Oktyabr 2016
24 İdman
Ölkə mətbuatı
A- A+


Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının IX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:


“Kəpəz” - “İnter” matçında “İnter”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


AZAL - “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


“Sumqayıt” - “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Sadiq Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.


Fanat.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR