Oktyabr ayının son günləri 8 tamaşa - FOTOlar

Oktyabr ayının son günləri 8 tamaşa - FOTOlar
14:37 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Dövlət Gənc Tamaşaçılar Teatrında oktyabr ayının son günləri 8 tamaşa göstəriləcək.

Milli.Az bildirir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı öz izləyicilərini oktyabr ayının son üç günü maraqlı tamaşalarla sevindirmək niyyətindədir.

3 gün ərzində teatrda həm azyaşlı izləyici və məktəblilər, həm də gənclər və yaşlı nəslin nümayəndələri üçün 8 tamaşa göstəriləcək. Həftənin və ayın son günləri göstəriləcək tamaşalardan 4-ü uşaq, 4-ü isə böyüklər üçün nəzərdə tutulub.

Belə ki, oktyabr ayının 28-də saat 14.00 və 16.00-da dahi dramaturq Mirzə Fətəli Axundzadənin "Hekayəti-xırs-quldurbasan", oktyabr ayının 29-da saat 12.00 və 14.00-da Abdulla Şaiqin "Tıq-tıq xanım", saat 19.00-da Əbdürrəhim bəy Haqverdiyevin "Pəri Cadu", oktyabr ayının 30-da saat 12.00 və 14.00-da Astrid Lindqrenin "Uzuncorab Peppi", saat 19.00-da Əli Əmirlinin "Mən səni sevirəm - M.S.S." tamaşaları nümayiş etdiriləcək.

Məlumat üçün bildirək ki, oktyabr ayının 30-da nümayiş etdiriləcək "Uzuncorab Peppi" tamaşası Dövlət Gənc Tamaşaçılar Teatrı, Azercell Telekom və İsveç səfirliyinin birgə layihəsi çərçivəsində hazırlanıb. Hazırlıqlarına ötən teatr mövsümünün sonlarından başlanan beynəlxalq layihənin hazırlanmasına Dövlət Gənc Tamaşaçılar Teatrının bədii heyəti ilə yanaşı, İsveç və Danimarkadan teatr mütəxəssisləri cəlb olunublar.

Milli.Az


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/483317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR