Gürcüstan ADB-nin daha bir proqramına üzv olub

Gürcüstan ADB-nin daha bir proqramına üzv olub
14:42 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Gürcüstan Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramına üzv olub. 
“Report” xəbər verir ki, bununla CAREC üzvlərinin ümumi sayı 11-ə yüksəlib.
Məlumata görə, bu vaxta qədər CAREC Proqramına Azərbaycanla yanaşı, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan üzv olub.
Qeyd edək ki, bu gün İslamabadda (Pakistan) ADB-nin CAREC Proqramı ölkələrinin XV nazirlər konfransı işə başlayıb. Toplantıda Azərbaycanı Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin əməkdaşları təmsil edirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR