Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
14:52 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Gürcüstan Mərkəzi Bankı bu gün, oktyabrın 26-da keçirdiyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyərək 6,5%-də saxlayıb. "Report"un "İnvesting.ru" saytına istinadən xəbər verir ki, buna səbəb sentyabr ayında illik inflyasiyanın 0,1% təşkil etməsi olub. 
Xatırladaq ki, avqustda Gürcüstanda illik inflyasiya 0,9% olub. Aylıq müqayisədə isə sentyabrda 0,3% deflyasiya, avqustda isə 0,4% inflyasiya qeydə alınıb.
Qeyd edək ki, Gürcüstan Mərkəzi Bankı sentyabrda keçirdiyi iclasda uçot dərəcəsini 6,75%-dən 6,5%-ə endirib. Növbəti iclasın dekabr ayının 14-də keçirilməsi planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/gurcustan-merkezi-banki-ucot-derecesini-sabit-saxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR