Xalq rəssamı Fərhad Xəlilova “Şərəf” ordeni təqdim olunub

Xalq rəssamı Fərhad Xəlilova “Şərəf” ordeni təqdim olunub
14:52 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Xalq rəssamı Fərhad Xəlilova “Şərəf” ordeninin təqdim olunma mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, Rəssamlar İttifaqında keçirilən tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ittifaqın rəhbəri kimi F.Xəlilovun gördüyü işlərdən, sənət yolundan söz açıb. 
Nazir bildirib ki, yaradıcılığa başladığı ilk illərdən novatorluğa meyl göstərən rəssam bütün yaradıcı fəaliyyəti boyu öz ideyalarına sadiq qalıb.
Ə.Qarayev vurğulayıb ki, F.Xəlilov təkcə Azərbaycanda deyil, dünya miqyasında şöhrət tapmış sənətkardır. Onun əsərləri aparıcı incəsənət ekspertləri tərəfindən xüsusi qeyd olunmaqla yanaşı, dünyanın bir sıra məşhur sərgi salonlarında qorunur, nümayiş olunur.
Azərbaycanda mədəniyyət və incəsənət sahəsinin hər zaman ölkə başçısının diqqətində olduğunu deyən Ə.Qarayev fırça ustasının yaradıcılığına olan dövlət qayğısından və verilən yüksək qiymətdən danışıb.
F.Xəlilova yeni-yeni yaradıcılıq uğurları arzulayan nazir “Şərəf” ordenini sənətkara təqdim edib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, akademiyanın prorektoru, xalq rəssamı Səlhab Məmmədov F.Xəlilovun yaradıcılığından söz açıblar, ittifaqın kollektivi adından ölkə prezidentinə minnətdarlıq ifadə olunub.
F.Xəlilov yaradıcılığına verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçısının mədəniyyət və incəsənət sahəsinə böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayan xalq rəssamı qeyd edib ki, bu missiyanın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 
Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 25-də sərəncamı ilə Azərbaycan rəssamlıq məktəbinin inkişafında xidmətlərinə görə Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov “Şərəf” ordeni ilə təltif edilib.



Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/xalq-ressami-ferhad-xelilova-seref-ordeni-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR