Azərbaycanda daha iki sığorta şirkətinə icbari sığorta üzrə fəaliyyətə icazə verilib

Azərbaycanda daha iki sığorta şirkətinə icbari sığorta üzrə fəaliyyətə icazə verilib
15:02 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) Direktorlar Şurasının (DŞ) bu gün qəbul etdiyi qərara əsasən, “Günay Sığorta” ASC və “Qala Sığorta” ASC-yə bir sıra icbari sığorta növləri üzrə fəaliyyət göstərmək üçün icazə verilib. Bu barədə "Report"a Palatadan bildirilib.
Məlumata görə, “Günay Sığorta”nın “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növləri, “Qala Sığorta”nın isə “Sərnişinlərin icbari fərdi qəza sığortası” növü üzrə fəaliyyət göstərməsinə dair qərar qəbul edilib.
Bundan başqa, lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) transformasiyası və müvafiq fəaliyyət planı müzakirə olunub, bankın BOKT-a çevrilməsinə dair razılıq verilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-iki-sigorta-sirketine-icbari-sigorta-novleri-ile-fealiyyet-gostermesine-icaze-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR