Pələng kənd sakinlərinə hücum etdi: 3 yaralı var

Pələng kənd sakinlərinə hücum etdi: 3 yaralı var
15:27 26 Oktyabr 2016
81 Dünya
Ölkə mətbuatı
A- A+

Pələng İranın Marağa bölgəsində insanlara hücum edib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə İranın Şərqi Azərbaycan əyalətinin Marağa şəhərinin kəndlərinin birində baş verib.
 
Pələng Qərtavol kəndində 3 nəfəri yaralayıb, onlar xəstəxanaya yerləşdirilib. 
 
İnsanlara hücum edəndən sonra qaçarkən su kanalına düşən pələng yaralanıb. Bu gün səhər xilasedicilər pələngi su kanalından xilas etməyə çalışıblar. Vəhşi heyvanı sakitləşdirmək üçün Təbrizdən sakitləşdirici dərman gətirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR