Xəyanətin tək şahidi tutuquşu oldu, amma...

Xəyanətin tək şahidi tutuquşu oldu, amma...
15:32 26 Oktyabr 2016
312 Dünya
Ölkə mətbuatı
A- A+

Küveytdə bir tutuquşu kişinin həyat yoldaşına evin xidmətçisi ilə xəyanətini ifşa edib.

Milli.Az publika.az-a istinadən bildirir ki, tutuquşunun daha əvvəllər heç vaxt eşitmədiyi sevgi sözlərini təkrarlaması qadını şübhələndirib.
Qadın həyat yoldaşı ilə evin xidmətçisini gizlicə izləməyə başlayıb. Tutuquşunun eşq sözlərini təkrar etməsindən sonra qadın quşu da götürərək polisə gedib və ərinin onu aldatdığını bildirib.
Polis tutuquşunun sözlərinin dəlil olaraq qəbul edilməyəcəyini, heyvanın eşq sözlərini televiziya və ya radiodan eşidə biləcəyini bildirib. Tutuquşu etibarlı bir şahid olmasa da, qadın ərinin hərəkətlərindən bir müddətdir şübhələndiyini deyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR