Qambiya Beynəlxalq Cinayət Məhkəməsindən çıxdığını elan edib

Qambiya Beynəlxalq Cinayət Məhkəməsindən çıxdığını elan edib
15:32 26 Oktyabr 2016
20 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Qambiya Beynəlxalq Cinayət Məhkəməsi (BCM) üzvlüyündən çıxmaq qərarına gəlib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qambiyanın informasiya naziri Şerif Boyanq məlumat verib.
"Bu qərar onunla əlaqədardır ki, BCM Beynəlxalq Cinayət Məhkəməsi adlansa da, əslində, başqa irqdən olan insanları, xüsusən də afrikalıları təhqir və təqib edir" - Ş.Boyanq vurğulayıb.
Qambiya BCM-i Qərb ölkələrinin hərbi cinayətlərini görməməkdə günahlandırır. "BCM yaranandan bəri azı 30 Qərb ölkəsi müstəqil suveren dövlətlər və onların vətəndaşlarına qarşı dəhşətli hərbi cinayətlər törədiblər. Amma onların heç birinə qarşı ittiham irəli sürülməyib" - hökumətdən bildiriblər.
Ümumiyyətlə, buna qədər Burundi və Cənubi Afrika BCM-dəki üzvlükdən imtina etdiklərini açıqlayıb. Keniya parlamenti də oxşar addım atılmasını nəzərdən keçirir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR