Gürcü jurnalist: "Azərbaycanla Gürcüstan Ermənistana qarşı birgə mübarizə aparmalıdır"

Gürcü jurnalist: "Azərbaycanla Gürcüstan Ermənistana qarşı birgə mübarizə aparmalıdır"
15:57 26 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Tiflisdə Qarabağ Azadlıq Təşkilatı (QAT) tərəfindən Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, tədbirdə çıxış edən Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev bildirib ki, Dağlıq Qarabağ problemi 24 ildir davam edir və ATƏT-in Minsk qrupunun münaqişənin həllinə dair gördüyü işlərin heç bir nəticəsi olmayıb.
 
Onun sözlərinə görə, bu baxımdan işğal olunmuş torpaqların azad olunması üçün məsuliyyət həm də vətəndaş cəmiyyəti institutlarının üzərinə düşür: "Biz beynəlxalq təşkilatlara müraciət etməli və deməliyik ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti səmərəsizdir. Bütün gücümüzü Qarabağın azad olunmasına yönəltməliyik. Bu ilin aprel hadisələri bir daha göstərdi ki, Azərbaycanın güclü ordusu var və bu ordu işğal olunmuş torpaqları azad etməyə qadirdir. Biz də Gürcüstanda yaşayan azərbaycanlılar olaraq əlimizdən gələni etməyə hər zaman hazırıq".
 
QAT sədrinin birinci müavini İlqar Əli də çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunub və ermənilərin Gürcüstandakı fəaliyyətindən danışıb: "Erməni separatçıları Gürcüstanda tədbir keçirməklə, qondarma rejimi dünyaya tanıtdırmaq istəyirlər. Biz isə istəyirik ki, Gürcüstan buna mane olsun. Çünki hər iki dövlət təcavüzə məruz qalıb və işğaldan əziyyət çəkir. Bu baxımdan Gürcüstanla Azərbaycan daha da sıx əməkdaşlıq etməlidir. Məqsədimiz burada Qarabağ həqiqətlərini olduğu kimi Gürcüstan ictimaiyyətə və beynəlxalq aləmə çatdırmaqdır".
 
Gürcü jurnalisti Nino Şalaberidze isə Gürcüstanla Azərbaycanın dost ölkələr olduğunu bildirib. Onun sözlərinə görə, hər iki dövlət Ermənistana qarşı birlikdə mübarizə aparmalıdır: "Ermənistanın apardığı siyasət region üçün də təhlükəlidir. Ona görə də Azərbaycan və Gürcüstan arasında sıx əməkdaşlıq qurulmalıdır".
 
Sonda Dağlıq Qarabağın işğalından bəhs edən video çarx nümayiş etdirilib.

Mili.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/483407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR