Xalq rəssamı Fərhad Xəlilova "Şərəf" ordeni təqdim olundu - FOTO

Xalq rəssamı Fərhad Xəlilova "Şərəf" ordeni təqdim olundu - FOTO
16:05 26 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin 25 oktyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan rəssamlıq məktəbinin inkişafında xidmətlərinə görə Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov "Şərəf" ordeni ilə təltif edilib.

Oktyabrın 26-da Rəssamlar İttifaqında Fərhad Xəlilova "Şərəf" ordeninin təqdim olunma mərasimi keçirildi.

Milli.Az mct.gov.az-a istinadən bildirir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rəssamlar İttifaqının rəhbəri kimi Fərhad Xəlilovun gördüyü işlərdən, sənət yolundan söz açdı. Bildirdi ki, yaradıcılığa başladığı ilk illərdən novatorluğa meyl göstərən rəssam bütün yaradıcı fəaliyyəti boyu öz ideyalarına sadiq qalıb.

Vurğulandı ki, Fərhad Xəlilov təkcə Azərbaycanda deyil, dünya miqyasında şöhrət tapmış sənətkardır. Onun əsərləri aparıcı incəsənət ekspertləri tərəfindən xüsusi qeyd olunmaqla yanaşı, dünyanın bir sıra məşhur sərgi salonlarında qorunur, nümayiş olunur.

Ölkəmizdə mədəniyyət və incəsənət sahəsinin hər zaman ölkə başçısının diqqətində olduğunu deyən Əbülfəs Qarayev fırça ustasının yaradıcılığına olan dövlət qayğısından və verilən yüksək qiymətdən danışdı.

Fərhad Xəlilova yeni-yeni yaradıcılıq uğurları arzulayan nazir "Şərəf" ordenini sənətkara təqdim etdi.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, akademiyanın prorektoru, xalq rəssamı Səlhab Məmmədov Fərhad Xəlilovun yaradıcılığından söz açdılar, ittifaqın kollektivi adından ölkə prezidentinə minnətdarlıq ifadə olundu.

Fərhad Xəlilov çıxış edərək yaradıcılığına verilən yüksək qiymətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Dövlət başçısının mədəniyyət və incəsənət sahəsinə böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayan xalq rəssamı qeyd etdi ki, bu missiyanın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə nəinki mədəniyyət və incəsənət sahəsi, həyatın bütün sahələri böyük qayğı ilə əhatə olunub.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR