Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb

Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb
16:32 26 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun oyun cədvəli müəyyənləşib.
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı tura oktyabrın 29-da Qəbələdə start veriləcək. 
Eyniadlı komanda ilk dövrədə Bakıda 8:0 hesablı məğlubiyyətə uğratdığı "Neftçi"ni öz meydanında sınağa çəkəcək. Bu görüşün ardından autsayder AZAL liderlər qrupundakı "Qarabağ"ı qəbul edəcək. 
Turun proqramı:

29 oktyabr (şənbə)

AZAL – “Qarabağ”
“AZAL Arena”, 17:00

“Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu, 15:00

30 oktyabr (bazar)

“Zirə” – “Kəpəz”
Zirə İdman Kompleksinin stadionu, 14:00

“İnter” – “Sumqayıt”
“İnter Arena”, 16:00 
Qeyd edək ki, bütün oyunlar CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-premyer-liqasinda-novbeti-turun-proqrami-aciqlanib3456

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR