“Facebook”-dan Fələstinə qarşı ŞOK ZƏRBƏ

“Facebook”-dan Fələstinə qarşı ŞOK ZƏRBƏ
16:53 26 Oktyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın populyar sosial şəbəkəsi olan “Facebook” Fələstindən olan istifadəçilərin hesablarının bağlanılması barədə qərar qəbul edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Facebook” şirkətinin rəhbərliyi bununla bağlı İsrail hökuməti ilə razılığa gəlib.

Məlumata görə, İsrailin ədliyyə naziri Ayelet Şaked və daxili işlər naziri Gilad Erdan “Facebook” şirkətinin rəhbərliyi ilə qapalı görüş keçirib. Sözügedən razılıq isə həmin görüş zamanı əldə olunub.

Razılığa əsasən, “Facebook” yayımını əngəllədiyi fələstinli istifadəçilərin hesabları ilə bağlı İsrail dövlətinə müvafiq məlumatlar da göndərəcək. İsrail tərəfi isə yəhudilərin əleyhinə çıxış edən həmin hesabların fələstinli sahiblərini həbs edəcək.

Fələstin tərəfi isə bildirir ki, son bir ayda İsrail əleyhinə çıxış edən xeyli sayda jurnalist, gənc fəal və bloger saxlanılıb.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR