Dünya layihəsində yerli ulduzlarımız mübarizə aparır

Dünya layihəsində yerli ulduzlarımız mübarizə aparır
17:05 26 Oktyabr 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkəmizdə "Most Fashionable Awards Ceremony" beynəlxalq mükafatladırılma layihəsinə bir həftədir ki, start verilib. Milli.Az bildirir ki, layihənin Azərbaycan üzrə direktoru Aqil Məmiyevin məlumatına görə, dünya layihəsində yerli ulduzlarlarımız: mədəniyyət və incəsənət nümayəndələri, aktyorlar, stilistlər, media işçiləri, modellər, iş adamları, dizaynerlər və idmançılarımız yarışır. Keçən ildən etibarən dünyanın 50-dən çox ölkəsində keçiriləcək, WBC-nin layihəsi olan "Most Fashionable Awards Ceremony"yə Azərbaycan da qatıldı. Nəzərinizə çatdıraq ki, bizimlə eyni gündə 10-a yaxın ölkədə də bu layihə eyni saatda keçiriləcək. Bu il onların sırasına Rumıniya və Birləşmiş Ərəb Əmirlikləri də qatıldı. Deməli, eyni zamanda, Inna, Alexandra Stan, Paula Seling, Akcent və s. dünya və Avropa ulduzları məhz "Most Fashionable Awards Ceremony" mükaflandırılma mərasimində iştirak edəcəklər.

Təşkilatçının sözlərinə görə, "World Beauty Congress" in Azərbaycan nümayəndəliyi tərəfindən seçilən ulduz iştirakçılarımız iki ay səsvermədə iştirak edir. Birinci turda xalqın sosial media üzərindən səsverməsi yolu il ərzində qazandığı uğur və nəticələrinə görə seçilir. İkinci turda hər biri öz kateqoriyasında ən çox səs toplamış 5 iştirakçı Top 5 statusu alaraq, finala vəsiqə qazanaraq, yenidən səsvermədə iştirak edəcək. Bu il göstərilən fəaliyyət və ötənilki uğurlu çıxışlara görə təltiflər olacaq. Layihənin jüri heyətində isə WBC-nin prezidenti, Avropa, Asiya, Amerika, Afrika region rəhbərləri və Azərbaycan rəhbəri olacaq. Diplom və təltiflər Avropdan birbaşa göndəriləcək və WBC prezidenti tərəfindən təqdim olunacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR