İsrail Livan sərhədində əsgərinin yaralanmasından sonra təyyarələrini havaya qaldırıb

İsrail Livan sərhədində əsgərinin yaralanmasından sonra təyyarələrini havaya qaldırıb
17:12 26 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr sərhəd ərazidə İsrail əsgərinin yaralanması xəbərinin yayılmasından sonra Livan hava məkanına daxil olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətindən məlumat verilib.
İsrail hərbçisi Livan sərhədində atışmaya məruz qalaraq yaralanıb. Hərbçilərin sözlərinə görə, patrul çəkən əsgərlərə atəş Livan tərəfdən sərhəd boyu hərəkət edən avtomobildən açılıb. Xəsarət alan hərbçinin yüngül yaralandığı bildirilir.
"Əl-Mayadin" telekanalı xəbər verib ki, Matula kəndi ərazisində israilli hərbçinin yaralanması xəbərindən sonra Livanın cənubunda havada çox sayda İsrail təyyarəsi var-gəl edir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-srail-livan-serhedinde-esgerinin-yaralanmasindan-sonra-teyyarelerini-havaya-qaldirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR