Qonşusunu söyüşə görə öldürən şəxsə 12 HƏBS

Qonşusunu söyüşə görə öldürən şəxsə 12 HƏBS
17:19 26 Oktyabr 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Qonşusunu söyüşə görə  qətlə yetirməkdə təqsirləndirilən Vidadi İbrahimovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağir Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçriilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən V. İbrahimov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında V. İbrahimovun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, qətl Pirallahı qəsəbəsində baş verib. Məlumata görə, Namiq Babayev içkili halda V.İbrahimovun evinin qarşısında söyüş söyüb. V.İbrahimov ona xəbərdarlıq etməsinə baxmayaraq içkili olan şəxs onu da təhqir edib. Tərəflərin mübahisəsi davaya çevrilib. N.Bayramov V.İbarhimova yumruq zərbəsi endirdikdən sonra ikinci ona bir bıçaq zərbəsi endirib. N.bayramov qarın nahiyyəsindən bıçaq zərbəsi aldıqdan sonra xəstəxanaya getməkdən imtina edib. O, yaralı şəkildə 10 saata yaxın V.İbrahimovun yanında olub. V.İbrahimovun istəyi ilə xəstəxanaya getsələr də N.Bayramov qanitirmədən xəstəxanada dünyasını dəyişib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR