Bir neçə gündür ki, Yardımlıya yağan qar rayonda ciddi fəsadlara səbəb olub.
Rayon icra başçısının birinci müavini Azər Xamıyev Publika.az-a bildirib ki, hava şəraiti ilə əlaqədar olaraq kəndlərdə elektrik enerjisinin verilişində problemlər yaranıb: “Rayon mərkəzinə 20-30, ucqarlara 50 sm-ə qədər qar yağıb. Ağacların yarpaqları tam tökülmədiyinə görə qar ağırlıq edib və onlarla ağac aşıb. Həmçinin hava şəraiti ilə əlaqədar olaraq elektrik dirəkləri də aşıb və nəticədə 30-a yaxın kəndə elektrik enerjisinin verilişində problemlər yaranıb. Hazırda elektrikin bərpa edilməsi istiqamətində iş aparılır”.
A.Xamıyevin sözlərinə görə, qar avtomobil yollarında problem
yaratmayıb. Sadəcə bəzi kəndlərə minik avtomobillərinin hərəkətində
çətinliklər var.
Gülxar