Azərbaycan millisinin üzvü "Trabzonspor"un heyətində meydana çıxıb

Azərbaycan millisinin üzvü "Trabzonspor"un heyətində meydana çıxıb
18:02 26 Oktyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun heyətində meydana çıxıb. "Report"un məlumatına görə, hücumçu "Çorum Belediyyespor"la keçirilən görüşün start heyətində yer alıb. 
Qaradəniz təmsilçisi ilk hissəni məğlub başa vurub. Millinin hücumçusu ikinci hissədə əvəzlənib və yerini Mehmet Ekiciyə verib. "Trabzonspor" bərabərlik qolunu matçın 89-cu dəqiqəsində vurub.
90 dəqiqə 1:1 hesablı heç-heçə ilə başa çatdığından, komandalar əlavə vaxtda münasibətlərinə aydınlıq gətirib. 109-cu dəqiqədə "Trabzonspor"un vurduğu qol komandanı növbəti mərhələyə daşıyıb.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-millisinin-uzvu-trabzonspor-un-heyetinde-meydana-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR