İlham Əliyev Türkmənistanlı həmkarını təbrik edib

İlham Əliyev Türkmənistanlı həmkarını təbrik edib
18:24 26 Oktyabr 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Türkmənistanın Prezidenti  Qurbanqulu Berdiməhəmmədovu Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə təbrik edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç, Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və tərəqqi arzulayıram”.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR