Lavrov, Zərif və Muallem Moskvada görüşəcəklər

Lavrov, Zərif və Muallem Moskvada görüşəcəklər
19:05 26 Oktyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya, İran və Suriya XİN rəhbərləri - Sergey Lavrov, Məhəmməd Cavad Zərif Valid Muallem arasında üçtərəfli görüş oktyabrın 28-də Moskvada keçiriləcək.

Qafqazinfo-nun "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN-dən olan mənbə bildirib.

Qeyd olunur ki, 27-29 oktyabr tarixlərində Rusiyaya rəsmi səfərə gələcək Suriya Xarici işlər naziri Valid Muallemlə S. Lavrov Hələbdəki vəziyyəti müzakirə edəcəklər.

Məhəmməd Cavad Zəiflə Rusiya XİN başçısı isə ikitərəfli münasibətlər və Suriya məsələsindən danışacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR