Cümhuriyyət Bayramına aparan çətin yol

Cümhuriyyət Bayramına aparan çətin yol
19:49 26 Oktyabr 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Bügünkü “Manşet”də millət vəkili, AMEA Qafqazşünaslıq İnstitunun direktoru, professor Musa Qasımlı 29 oktyabr - Türkiyədə Cümhuriyyət Bayramı ilə bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıb.

 

- Mustafa Kamal Paşa düşünürdü ki, ümumu düşmənə qarşı mübarizədə bolşevik hökümətindən yardım almaq olar, amma bolşevizmi Türkiyədə təbliğ etmək olmaz. Qələbəni türk xalqının özü qazandı. Böyük Atatürkün qətiyyəti olmasaydı, ölkə qurula bilməzdi.

 

- Türkiyə qərb ölkələrinə indiki sərhədlərini qəbul etdirdi. Həmin ölkələr istəyirdi ki, Türkiyə Avropadan çıxsın. Bu bayram bütün türk dünyasının bayramıdır.

 

- 1922-ci ildə səltənətin qaldırılmasından sonra Türkiyə dövlətinin siyasi quruluşunun yekun təsbiti məsələsi 1923-cü ilin oktyabrında cumhuriyyətin elanı ilə həll edildi. Cumhuriyyətin elanından sonra ilk Prezident seçilən Mustafa Kamal Paşa Türkiyənin Dövlət-i Aliyədən yeni siyasi rejimə faktiki keçidini şərtləndirən geniş miqyaslı islahatların banisidir. 

 

- Birinci dünya müharibəsindən sonrakı illərdə “Antanta” ölkələrinin bolşevizmi “beşiyində boğmaq”, türk torpaqlarına yiyələnmək üçün apardıqları hərbi əməliyyatlar Rusiya və Türkiyəni yaxınlaşdırdı. 1920-ci ilin aprelin 23-də Türkiyə Böyük Millət Məclisi hökuməti qurulduqdan üç gün sonra, aprelin 26-da Mustafa Kamal Paşa Moskvaya üç bənddən ibarət təkliflərinin əks olunduğu bir məktub yazdı. 

 

- Atatürk təklif elədi ki, Türk hökuməti imperialist hökumətlərinə qarşı torpaqları azad etmək üçün bütün işləri və hərbi əməliyyatları birləşdirməyə hazırdır. İkinci təklifdə yazılırdı ki, əgər sovet qüvvələri Gürcüstana qarşı hərbi əməliyyatlara başlayıb, onu öz ittifaqına qoşarsa, Qafqaz ərazisindən ingilisləri qovmaq üçün tədbirlər alarsa, türk hökuməti imperialist Ermənistanına qarşı hərbi əməliyyatlar və Azərbaycan Respublikasını sovet dövlətləri dairəsinə girməyə məcbur etmək öhdəliyini qəbul edir. Üçüncü təklifdə türk hökuməti imperializmə qarşı mübarizə üçün ilkin olaraq 5 milyon türk lirəsinin verilməsini xahiş edirdi. 

 

- Leninin Atatürkün məktubuna müsbət cavab verməsi də səbəbsiz deyildi. Rusiyanın strateji maraqlarından doğurdu. Bolşevik Rusiyasına qarşı “Antanta” ölkələrinin hərbi əməliyyatları davam edirdi. Moskvada hesab edirdilər ki, “Antanta” ölkələri türk xalqının istiqlal savaşı üzərində qalib gələrsə, onda Qafqaza girə bilərlər, Bakı neftini tutarlar, buradan isə Moskvaya gedən yol açılmış olardı.

 

- Türkiyənin məğlub olması Azərbaycanın zəifləməsi demək idi, ona görə də Azərbaycan Türkiyəyə yardım etməyə başladı. Türkiyə hər dəfə qələbə qazananda azərbaycanlılar Bakıda, İrəvanda, Tüflisdə bunu bayram edirdilər. Azərbaycanlıların Çanakkala savaşında türk qardaşları ilə çiyin-çiyinə vuruşmaları, Nargində həbs düşərgəsində saxlanılan türk əsirlərinə edilən yardımlar, istiqlal savaşı illərində azərbaycanlıların türk ordusu sıralarında vuruşmaları hamımız üçün fəxarətdir.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257735

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR