İtalyan tenor “ADA” Universitetində klassik Azərbaycan musiqilərini ifa etdi

İtalyan tenor “ADA” Universitetində klassik Azərbaycan musiqilərini ifa etdi
19:52 26 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

"ADA" Universiteti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) arasında əməkdaşlıq çərçivəsində bu gün Universitetin Tələbə Mərkəzində İtalyan və Azərbaycan klassik musiqi əsərlərindən ibarət konsert keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, konsertdə İtalyan tenorları - Luici Çerubini Konservatoriyasının prorektoru, professor Leonardo De Lisi, Konservatoriyanın tələbəsi Cuzeppe Sturace, insturmental ifaçılar PyerLuici Rugiyero və Darya Neçayeva, eləcə də BMA-nın professorları Yeganə Axundova və Zəhra Quliyeva çıxış edib, məşhur klassik bəstəkarlar, o cümlədən Paolo Tosti, Bela Bartok, Frans List, Üzeyir Hacibəyli, Qara Qarayev, Cövdət Hacıyev, Sevda İbrahimovanın əsərlərini ifa ediblər.

"ADA"-nın musiqili qonaqları eyni zamanda BMA və Luigi Çerubini Konservatoriyası arasında ERASMUS proqramı çərçivəsində İtaliya- Azərbaycan musiqi mədəniyyəti və təhsil mübadiləsi proqramı barədə danışıb, hər iki ölkənin mədəniyyət ustalarının master-dərslərindən maraqlı məqamları bölüşüblər.

Tenor Leonardo De Lisinin ilk dəfə ifa etdiyi Üzeyir Hacıbəylinin "Sevgili Canan" ariyası "ADA" Universitetinin tələbə və müəllim heyətinin xüsusi alqışlarına səbəb olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR