DİN polkovnikinin evində tapılan ton yarım pulun "obşak" olduğu üzə çıxdı

DİN polkovnikinin evində tapılan ton yarım pulun "obşak" olduğu üzə çıxdı
19:57 26 Oktyabr 2016
138 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Daxili İşlər Nazirliyinin "T" idarəsinin (antikorrupsiya idarəsi) rəis müavini Dmitri Zaxarçenko rüşvət aldığı yerdə həbs olunanda və onun evindən ton yarım ağırlığında (cəmi 9 milyard dollar) pul aşkar olunanda ekspertlər, mətbuat və FTX-nin müstəntiqləri bu pulun mənbəyi barədə baş sındırmağa başladılar. Çünki "sıravi" polkovnikdə bu qədər nəğd pul sutkanın 24 saatı dayanmadan rüşvət alsa da, ola bilməzdi.

Xatırladaq ki, polkovnik Zaxarçenko sentyabrın 9-da Rusiya İstintaq Komitəsi tərəfindən 8 saatlıq dindirmədən sonra iş kabinetində həbs olunub. Axtarış zamanı onun bacısının evindən 9 milyard rubl ekvivalentində 120 milyon dollar və 2 milyon avro nəğd pul tapılıb. Daha sonra Zaxarçenkonun qohumlarının İsveçrədəki bank hesablarında 300 milyon avro (rubl ekvivalenti llə 20 milyard) aşkar edilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Zaxarçenkonun işini araşdıran FTX müstəntiqləri deyəsən pulların əslində kimə məxsus olduğunu tapıblar. Müstəntiqlər bu versiya üzərində işləyir ki, həmin pullar DİN-in "T" idarəsinin əməkdaşlarının kölgə kassası, yaxud criminal jarqonda deyildiyi kimi "obşakı" olub. FTX təhqiqat nəticəsində belə qənaətə gəlib ki, antikorrupsiya idarəsinin 15-ə yaxın vəzifəli şəxsi-əməliyyatçıları və rəhbərləri, o cümlədən rəisi fırıldaq, mənimsəmə, rüşvət, sifarişli cinayət işlərinin qaldırılması kimi cinayət əməlləri hesabına topladıqları pulları Zaxarçenkonun evində yaratdıqları "obşaka" atırdılar. 

Bu qənaət boş yerdən yaranmayıb. Zaxarçenkonun evində axtarış zamanı onun işlədiyi idarənin əməkdaşlarına aid sənədlər, bank hesabları, maliyyə hesabatları haqda qeydlər, cinayət işlərinin materialları, digər maraqlı sənədlər tapılıb. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, Zaxarçenko "obşaka" nəzarət edib və yığılan pulların "yuyulmasını" təşkil edib. Bu haqda life.ru-ya FTX-dəki mənbələr deyiblər.

"T" idarəsi DİN-in İqtisadi Cinayətlərə qarşı mübarizə Baş idarəsinin tabeçiliyində olub. Bu səbəbdən istintaqın həm Baş idarənin rəisi, general Andrey Kurnosenkoya, habelə "T" idarəsinin rəisi Aleksandr Tişşenkoya çoxlu sualları var.

Əməliyyatçılar bu məlumatları araşdırırlar ki, Zaxarçenko və həmkarları müxtəlif mənimsəmə və fırıldaq əməliyyatlarından öz paylarını alıblar. Habelə biznes "razborkalarına" girişərək qurama cinayət işləri qaldırıblar. Əldə olunan pullar "obşak"da toplanıb. Kriminal aləmdə olduğu kimi "obşak"ın pulları rüşvət vermək üçün xərclərə, vəzifəli şəxsləri ələ almağa, qruplaşma üzvlərinin həbsi halında vəkillər tutmağa, birgə biznes-layihələrin işə salınmasına sərf olunurdu.

Eks-milyarder Sergey Polonski də ötən həftə məhkəmədə Zaxarçenkonun əməliyyatçıların xəzinədarı olduğunu deyib. Onun bildirdiyinə görə, Zaxarçenko və digərləri biznesmenlərə qurama cinayət işləri açıb sonra onlardan sanballı haqq alırdılar.

FTX əməliyyatçıları müəyyən ediblər ki, Zaxarçenkonun daxil olduğu qruplaşma Moskvanın Yakimanke rayonundakı lüks mənzildə yığışırdılar. Həmin mənzil polkovnikin 5 yaşlı qızının adına olub. Burada onlar işləri müzakirə edir və pulları bölüşdürürdülər. Vəzifəsindən və rütbəsindən asılı olaraq hərə "obşak"dan öz payını alırdı.

Zaxarçenko özü pulların mənbəyini istintaqa açıqlamayıb. Hərçənd o, vəd etmişdi ki, bunu açıqlayacaq. Müstəntiqlər general Kurnosenkonun ifadəsini almaq istəsələr də o, həmin vaxt xaricdə ezamiyyətdə olub. Ancaq FTX-nin "M" idarəsinin əməliyyatçıları generalın yüz milyonlarla dollarlıq aktivlərini-malikanələrini, torpaq sahələrini və s. aşkar ediblər. 2015-ci ildə o, Baş idarənin rəis müavini idi və rəis keçməzdən əvvəl həmin aktivləri başqa şəxslərin adına keçirib. "T" idarəsinin rəisi Tişşenko da istintaqla əməkdaşlıqdan imtina edib.

DİN-in İqtisadi Cinayətlərə qarşı mübarizə Baş İdarəsinin adı bundan əvvəl də çoxsaylı korrupsiya qalmaqallarına qarışmışdı. İndi bu idarənin səlahiyyətlərinin çoxunu əlindən alıb FTX-nin müvafiq bölmələrinə veriblər. Baş idarə isə ancaq xırda iqtisadi cinayətləri araşdırmaqla məşğul olacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şəmkirdə 22 yaşlı kişi bıçaqlandı

25 Sentyabr 2017 06:33

AÇ-2017: 3-cü gün - NƏTİCƏLƏR və TƏQVİM

25 Sentyabr 2017 05:33

İran Qərbi Azərbaycan əyalətində irimiqyaslı hərbi təlimlərə başlayıb

25 Sentyabr 2017 05:02

Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı

25 Sentyabr 2017 04:39

Sərnişin avtobusu aşdı: 2 ölü, 42 yaralı

25 Sentyabr 2017 04:33

Merkel: "Yeni hökumət Milada qədər formalaşdırılacaq"

25 Sentyabr 2017 04:02

ABŞ-da həbsxanada qiyam baş verib - 1 ölü, 9 yaralı

25 Sentyabr 2017 03:54

Avtobusda 42 yaşlı kişi 15 yaşlı qıza təcavüz etdi - FOTO

25 Sentyabr 2017 03:43

Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR

25 Sentyabr 2017 02:33

Azərbaycan sənədli filmi Böyük Britaniyanın film festivalında nümayiş olunacaq

25 Sentyabr 2017 02:27

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

25 Sentyabr 2017 02:17

Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

25 Sentyabr 2017 02:14

İtkin düşən 13 yaşlı məktəbli tapıldı

25 Sentyabr 2017 02:08

Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 01:57

İran İŞİD-in mövqelərini bombaladı

25 Sentyabr 2017 01:34

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

25 Sentyabr 2017 01:32

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09