Ramil oynadı, “Trabzonspor” mərhələ keçdi

Ramil oynadı, “Trabzonspor” mərhələ keçdi
20:07 26 Oktyabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası “Trabzonspor” Türkiyə kuboku uğrunda növbəti oyununa çıxıb. Fanat.Az xəbər verir ki, Qaradəniz təmsilçisi səfərdə "Çorum Bələdiyyəspor”la qarşılaşıb.

 

Start heyətində oyuna qoşulan Şeydayev 45 dəqiqə mübarizə aparıb. Baş məşqçi Ərsun Yanal ona yarımmüdafiənin sağ cinahında şans verib. Yığmamızın üzvü ilk hissə ərzində yalnız 3 dəfə cinah ötürməsi ilə yadda qalıb. Yanal fasilədən sonra hücumçumuzu Mehmet Ekici ilə əvəzləyib.

 

O ki qaldı matça, "Çorum Bələdiyyəspor” 23-cü dəqiqədə gözlənilmədən hesabı açsa da, bu üstünlüyünü sona qədər qoruya bilməyib. Qonaqlardan Dame Ndoye 85-ci dəqiqədə hesabı bərabərləşdirib. 109-cu dəqiqədə Okay Yokuşlunun vurduğu qol isə “Trabzonspor”a əzmkar qələbə qazandırıb – 2:1.


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ramil-oynad-trabzonspor-mrhl-kecdi-t53661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR