“Windows”un yeni versiyası təqdim olundu

“Windows”un yeni versiyası təqdim olundu
20:27 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Microsoft" şirkəti Nyu-Yorkda keçirdiyi tədbirdə "Windows 10 Creators Update" adlı yenilənməni təqdim edib.

Qafqazinfo-nun "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, yeni İOS-da əsasən 3D məzmunlu sənədlərə baxış keçirmək mümkün olacaq.

Bununla birlikdə "Paint" tətbiqinin də yenilənməsinin təqdimatı olub. Bu proqramda obyektlər yaratmaq və üçölçülü şəkillər prosesini idarə etmək imkanı var.

Qeyd edək ki, yenilənmələr yalnız kompyuter və noutbuklar üçün deyil, həm də smartfonlar üçün nəzərdə tutulub. Bunu 2017-ci ilin əvvəlində yükləmək mümkün olacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR