Şahinə Türkiyədən təklif var - Kıvança oxşayır

Şahinə Türkiyədən təklif var -  Kıvança oxşayır
20:36 26 Oktyabr 2016
254 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Şahin türkiyəli aktyor Kıvanç Tatlıtuğa bənzərliyi ilə diqqətləri üzərinə toplayıb.

Axşam.az-ın məlumatına görə, o, Türkiyənin “Family Ajans” aktyorluq akademiyası tərəfindən seriala dəvət alıb.

Şahin hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində estrada sənəti üzrə təhsil alır. Onun sözlərinə görə, aktyor kimi özünü sınamaq bir qədər tezdir:

"Mən həmçinin Türkiyədə bir prodakşn və bəstəkardan işbirliyi təklifi almışam. Karyerasında yeni addımlayan biri üçün bu təkliflər böyük şansdır. Lakin düşünürəm ki, təhsil aldığım sahə üzrə - estrada ilə bağlı işlər görməyim daha yaxşıdır. Bu səbəbdən serial təklifinə hələ cavab verməmişəm".

Müğənni həmçinin bildirib ki, hazırda yeni mahnılar üzərində işləyir:

"Klip çəkilişlərim olacaq. Azərbaycan bəstəkarları ilə yanaşı, türkiyəli bəstəkarlarla da çalışacam”.



















Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59960

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR