Səudiyyə Ərəbistanında aqrobiznes sənayesi, ərzaq və turizm üzrə sərgilər açılacaq

Səudiyyə Ərəbistanında aqrobiznes sənayesi, ərzaq və turizm üzrə sərgilər açılacaq
20:57 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Ticarətin İnkişafı üzrə İslam Mərkəzi (ICDT) “Saudi AL Harithy” şirkəti ilə birlikdə İslam Ölkələri Təşkilatına üzv olan ölkələrin aqrobiznes sənayesi üzrə X sərgisini keçirəcək.
“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, aprelin 10-dan 13-dək davam edəcək tədbirlə eyni vaxtda Səudiyyə Ərəbistanı Krallığında ərzaq və turizm sahəsində də sərgilər təşkil olunacaq.
Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar sərgilərdə iştiraka dəvətlidirlər.
Sərgilər haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR